D

Dali Salvador

Salvador Dali
 
Tam adı Salvador Domenek Felip Jasint Dali i Domenek, markiz de Dali de Pubol (isp. Salvador Domingo Felipe Jacinto Dali i Domenech, Marques de Dali y de Pubol).
İspan rəssamı, qrafika ustası, heykəltəraş, rejissor və yazıçı, sürrealizmin ən məşhur nümayəndələrindən biri.
1904-cü il mayın 11-də İspaniyanın Figeras şəhərində anadan olub.
14 yaşında rəssamın doğma şəhərində ilk fərdi sərgisi baş tutub.
1921-ci ildə Madriddə Təsviri Sənət Kral Akademiyasına qəbul olub. 1942-ci ildə “Salvador Dalinin gizli həyatı” avtobioqrafiyasını çap etdirib.
Salvador Dali heykəltəraşlıq, kitab tərtibatı, zinət əşyaları, teatr və kino dekorasiyaları ilə məşğul olub.
Bütün həyatı boyu 1500-dən artıq rəsm əsəri çəkib ki, onların da əksəriyyəti dünyanın iri muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.
1981-ci ildə Dali Parkinson xəstəliyinə tutulur. 1989-cu il yanvarın 23-də ürək çatışmazlığı nəticəsində dünyasını dəyişir.