Bu maraqlıdır!

Elektrik qurğusu nədir?

Evdə tez-tez müxtəlif təmir işlərinin görülməsi zərurəti yaranır: divara şəkil və kitab rəfinin asılması, mebelin yığılması və təmir edilməsi, qıfılların qoyulması və s. Bunun üçün bizə çəkic, maşalar, kəlbətinlər, vintaçan və bir çox başqa alətlər lazım olur. Bu alətlərin içərisində elektrik burğusu və ya elektrik mişarı kimi daha mürəkkəb alətlər var ki, onlar bu cür işlər zamanı işi çox yüngülləşdirir.


Elektrik burğusu divarlarda, həmçinin metal, taxta və s səthlərdə deşik açmaq üçün istifadə edilərn elektrik alətidir. Elektrik burğusunun xüsusi ucluğu var ki, ora metal mil burğu bərkidilir. Deşik açmaq üçün, məsələn, divarda burğunun ucu lazım olan nöqtəyə söykədilir və qoşulur, burğu çox böyük sürətlə fırlanmağa başlayır və bu fırlanmanın hesabına o, divara girərək deşik açır.