Şeirlər

Samuil Marşak. Dostlar, yoldaşlar

Tərcüməçi İsa İsmayılzadə
 

Bahar gəlmişdi.
Biz çıxıb dərsdən
Evə gedirdik,
Bir sən, bir də mən.


 

 

Papağımızı
Yan qoymuşduq, yan,
Deyib-gülürdük
О gün ucadan.


 
Gödəkcəmizin
Yaxası açıq.
Gözəl bir gündə
Yola çıxmışdıq.


 
Niyə gedirdik,
Нага gedirdik?
Biz hara gəldi –
Ora gedirdik.


 
Sonra - geriyə,
Sonra - sag, sola,
Sonra tullandiq,
Sonra yüyürdük
Biz bala-bala.


 
Gəzib dolaşdıq
Bir sən, bir də mən.
Evə qayıtdıq
Üzü gülər, şən.


 
Gülə-gülə də
Ayrıldıq onda.
Sevinərik biz
Bir də, yenidən
Qarşılaşanda.