Ş

Seyid Əzim Şirvani

Azərbaycan şairi və maarifçisi 
 
1835-ci il iyulun 9-da Şamaxıda, ruhani ailəsində anadan olub.
 
İraqda ali dini təhsil alıb. Vətənə qayıtdıqdan sonra dini rütbədən imtina edərək dünyəvi elmlərin, həmçinin Azərbaycan və rus dillərinin tədrisinə böyük diqqət ayrıldığı rus-Azərbaycan məktəbini açıb. Seyid Əzim Şirvani lirik qəzəllərində Füzuli ənənələrini davam etdirib.
Satirik şeir və təmsillərində ruhanilərə tənqidlə yanaşıb, geriliyin və cahilliyin əleyhinə çıxış edib, insanları maarifə və mədəniyyətə çağırıb.
 
Şair qəzəl, rübai, qəsidə, mərsiyə, həmçinin hekayə, təmsil, nəsihətnamə, ədəbi işlər janrlarında əsərlər yazıb. O, eyni zamanda ədəbiyyat üzrə dərslik də hazırlayıb. Seyid Əzim Şirvani 1888-ci il mayın 20-də vəfat edib. Vəsiyyətinə əsasən doğma Şamaxıdakı “Şah Xəndan” qəbiristanlığında dəfn olunub.