Şeirlər

Rəfiqə Məmmədova. "Dolu"

Göy güruldadı,

Şaqqıltı saldı.

Bulud söküldü,

Dolu töküldü.

 

Qızıl güllə tək,

O uça-uça.

Atəşə tutdu,

Şip-şirin tutu.

 

Dalbadal çırpdı,

Bar çiçəyini.

Bağ göyçəyini,

Qönçə göz qırpdı.

 

Bir an içində

Ağacı yıxdı.

Su içimində,

Hesabdan çıxdı.

 

Nənə karıxdı,

Yaman darıxdı:-

Zülmün cəzası,

Olmaz zalıma!