Şeirlər

Rafiq Yusifoğlu. Böyürtkən kolu

Mən böyürtkən koluyam,
Meyvə ilə doluyam.
Dəymişlərim kömür tək,
Qırmızılar köz kimi.
Üstümdəki meyvələr
Sayrışır ulduz kimi.
Tikanlar düzülsə də,
Donuma, üst-başıma.
Uşaqlar pərvanə tək
Fırlanırlar başıma.