V

Vazeh Mirzə Şəfi

Azərbaycan şairi, mütəfəkkir, maarifçi və pedaqoq
 
1796-cı ildə Gəncə şəhərində anadan olub.
 
Mədrəsəni bitirdikdən sonra Gəncə məscidlərində dini kitablarının tərcüməsi ilə məşğul olub.
 
1850-cı ildə Tiflis şəhərinə köçüb. Tiflis gimnaziyasında fars və Azərbaycan dili müəllimi işləyib.
 
1852-ci ildə Mirzə Şəfi Vazeh İvan Qriqoryevlə birgə Azərbaycan poeziyasının ilk müntəxəbatı olan “Kitabi-türki” dərsliyini, sonradan isə Tiflis gimnaziyası üçün “Tatar-rus lüğəti kitabını tərtib edib.
 
Mirzə Şəfi Vazeh 1852-ci il noyabrın 16-da Tiflisdə vəfat edib, şəhərin müsəlman qəbiristanlığında dəfn olunub.