Xəbərlər

Alisa yeni macəralarla görüşə gəlir

Bakı, 10 may, AZƏRTAC
 
İyunun 11-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Alisa yeni macəralar axtarışında” adlı uşaq şou-müzikl təqdim ediləcək. 
 
Tamaşaçıları Luis Kerrolun ölməz süjetinin yeni və gözlənilməz səhnə təcəssümü qarşılayacaq.
 
Şouda möcüzə reallığa çevriləcək, reallıq isə möcüzəyə bənzəyəcək.
 
Gözlənilməz obrazlar, rəngarəng dekorasiya və kostyumlar, hazırcavab aktyor oyunu, şux musiqi nə balaca tamaşaçıları, nə də böyüklərin auditoriyasını laqeyd qoymayacaq. Şounun yaradıcıları L.Kerrolun kitabından əsas səhnələri saxlayıblar.
 
“Alisa yeni macəralar axtarışında” adlı şou-müzikl təkcə hər şeyi bilməyə can atan qızın nağıllar ölkəsinə səyahəti deyil, həm də L.Kerrolun “Alisa möcüzələr ölkəsində” əsərində təsvir etdiyi fantastik dünyanın məxsusi dekorasiyalarıdır.