M

Məhəmməd Əli

Amerikalı peşəkar boksçu. Dünya boks tarixində ən məşhur idmançılardan biri.
 
1942-ci il yanvarın 17-də ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində doğulub.
 
12 yaşından boksla məşğul olub.
 
İlk qızıl medalını 1960-cı ildə Romada keçirilən Olimpiya oyunlarında qazanan Məhəmməd Əli ağır çəkidə mütləq dünya çempionu olub və boks tarixinin ən cəld ağır çəkili boksçusu seçilib.
 
Karyerası ərzində keçirdiyi 61 görüşün 56-da qalib gəlib.
 
İdman karyerasını bitirdikdən sonra ictimai və xeyriyyəçilik fəaliyyəti göstərib, UNICEF-in xoşməramlı səfiri olub.
 
74 yaşında vəfat edib, doğulduğu Luisvill şəhərində basdırılıb.