T

Teylor Elizabet

İngiltərə-Amerika aktrisası, Hollivudun “kraliçası” Elizabet Rouzmond Teylor (Elizabeth Rosemond Taylor) üç dəfə Amerika Kino Sənəti Akademiyasının “Oskar” mükafatına (ikisi - ən yaxşı qadın roluna görə, biri - xüsusi) layiq görülüb. 
 
O, 1932-ci il fevralın 27-də Londonda yaşayan amerikalı aktyorların ailəsində anadan olub. 
 
1949-cu ildə “Sui-qəsdçi” adlı filmdə ilk böyük rolunda çəkilib.  
 
1961-ci ildə Kleopatra rolunu ifa etmək üçün eyniadlı tarixi filmdə çəkilmək təklifi alıb. Bu film Elizabetə dünya şöhrəti gətirib. 
 
Aktrisa Kleopatra (1963) roluna görə 1 milyon dollar qonorar alıb. 
 
“Virciniya Vulfdan kim qorxur?” adlı psixoloji dramındakı rolu ona ikinci “Oskar” mükafatını qazandırıb. 
 
1999-cu ildə Amerika Kino Sənəti Akademiyası Elizabet Teyloru ən böyük kino ulduzları siyahısına daxil edib. 
 
Elizabet Teylor 1985-ci ildə özünün QİÇS Xəstəliyinə qarşı Mübarizə Fondunu (“The Elizabeth Taylor AIDS Foundation”) təsis edib. Həyatı  boyu xeyriyyəçiliklə məşğul olub, müxtəlif xəstəliklərə qarşı mübarizə aparan sosial proqramları dəstəkləyib.
 
2011-ci martın 24-də Kaliforniyada, Forest-Laun məzarlığında dəfn edilib.