B

Böyük kanyon

Böyük kanyon
Grand Canyon
 
Dünyanın ən iri kanyonundan bir.i
 
Böyük kanyon ABŞ-ın Arizona ştatının Kolorado platosundakı “Grand Canyon” milli parkının, həmçinin navaho, havasupay və hualapay hindu qəbilələrinin rezervasiyalarının ərazisində yerləşir. Yaşı təxminən 5-6 milyon ilə bərabərdir.
 
Kanyon əhəng, şist və qumluca qatını kəsən Kolorado çayı vasitəsi ilə ayrılır.
 
Uzunluğu 446 kilometr, eni 6-29 kilometr (dibində 1 kilometrə qədər), dərinliyi təxminən 1800 metrdir.
 
Böyük kanyon bizim planetin ən maraqlı geoloji obyektindən biri olduğundan ətraflı tədqiq olunub.
 
Burada Yerin 4 geoloji erasının izinə, geoloji və arxeoloji materiallarla zəngin qaya və mağaraların müxtəlifliyinə rast gəlmək olar.
 
Kanyonda küknar, sarı və ağ şam ağacları bitir, müxtəlif məməlilər, marallar, gəmiricilər, yarasalar və ilanlar yaşayır.
 
1979-cu ildən UNESCO-nun Dünya irsi siyahısına salınıb.
 
Böyük kanyonu hər il 4 milyondan artıq insan ziyarət edir.