Xəbərlər

Uşaqların rəngarəng dünyası

Bakı, 17 may, AZƏRTAC
 
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar iyunun 4-də Heydər Əliyev Sarayında “Uşaqların rəngarəng dünyası” adlı konsert proqramı keçiriləcək. Konsertdə Azərbaycan, Rusiya (Dağıstan), Ukrayna və Gürcüstandan olan rəqs kollektivləri iştirak edəcək. Tamaşaçılar rəqs kollektivlərinin ifasında milli, dünya və muasir rəqsləri izləyə biləcəklər. Biletləri  şəhərin kassalarından  əldə edə bilərsiniz.