Xəbərlər

Məktəblilər arasında idman yarışları keçirilib

 
Bakı şəhərinin Xətai rayonunun 86 saylı məktəbinin şagirdləri arasında “Sürətli, Hündür, Güclü” şüarı altında idman yarışları keçirilib.
 
Yarışın məqsədi – məktəblilər arasında fiziki hazırlıq, və həmçinin idmanın, sağlam və aktiv həyat tərzinin təbliğatıdır.
 
Hər bir sinif yarışda komanda və aktiv azarkeşlərlə təmsil olunub.
 
Yarışlardan qabaq bədən tərbiyəsi müəllimlərinin rəhbərliyi altında mütəmadi məşqləri keçirilib.
 
Bura idmanın qaçış, tullanma növləri, həmçinin sərrastlıq və düşüncə məşğələləri daxil olub.
 
Maraqlı yarışın bütün mərhələləri gərgin mübarizə şəraitində keçib. Azarkeşlər və tamaşaçılar hadisələrin gedişini izləyən zaman həyəcan keçiriblər.
 
İdman ehtirası və qələbəyə nail olmaq istəyi yarış iştirakçılarını elə təsirləndirmişdi ki, onlar ətraflarında baş verənlərə diqqət yetirmirdilər. Hamı var gücü ilə finişə birinci çatmağa çalışırdı.
 
Məktəbin direktoru Arzu Azadəliyeva qalibləri təbrik edərək belə kollektiv tədbirlərin məktəblilərin mehribançılığına, ətraf mühitə diqqətlərinin artmasına səbəb olduğunu və uşaqları çətin həyat yolunda bir-birinə yardım etməyi öyrətdiyini vurğulayıb.
 
Yarışlar əsl idman, sağlamlıq və gənclik bayramına çevrilib. Uşaqlar “Şən startlarda” iştirak edərək özlərini böyük vahid ailə kimi hiss ediblər!
 
Bütün komandalar fəxri fərmanlarla təltif olunub, qaliblərə isə medallar təqdim edilib.
 
İdman – güc və sağlamlığın əsas mənbəyidir. O, cəsarəti, qətiyyəti inkişaf etdirir, kollektivlik, intizam hissini, ən əsası isə - hədəfə çatma iradəsini aşılayır.