Görkəmli şəxsiyyətlər

Böyük Hun hökmdarı Atilla

434-453-cü illərdə dünyaya meydan oxuyan Hun imperatorluğunun hökmdarı Atilla,  Asiyada Volqa çayından,  Avropada Reyn çayınadək böyük bir ərazidə xalqları özünə tabe etdirməyi bacarmış böyük dövlət adamı idi. “Avropanın imperatoru” titulunu qazanmış Atilla görünüşcə qıyıq gözlü, orta boylu, seyrək saqqala malik enlikürək biri idi. Müxtəlif mənbələr onun doğulma tarixini fərqli- fərqli göstərsədə esas etibarı ilə 395-ci il ilə 406-cı illər arasında doğulduğu düşünülür. Atilla adının haradan götürülüdüyü haqqında bir çox fikirlər var, belə ki bəzilər onun Qot dilindən götürüldüynü iddia edir. Qot dilində mənası “Atta” yəni ata mənasını verdiyinə inanırlar. Bəziləri isə onun qədim türkcədə “hörmətli, məhşur” kimi tələffüz olunduğuna inanırlar. 

 

German və Skandinaviya əfsanələrinə personaj olmuş Atillaya Avropa xalqları “Tanrının qamçısı” adı vermişdilər. Hökmdarlığı dövründə bir çox dövlətləri, o cümlədən Qərbi və Şərqi Roma imperiyalarını xərac verməyə məcbur etmiş, döyüşkənliyi və uzaqgörənliyi ilə həm vahimə, həm də heyranlıq yaratmağı bacaran böyük bir sərkərdə idi. Orduları Romanı mühasirəyə alan zaman Papa I Levin xahişi ilə geri çəkilmişdi. Papa Atillanın qarşısında əyilib başına tac qoydu və onu Avropanın imperatoru elan elədi.

 

İstər qədim, istərsə də yeni tarixçilər Attilanın bayrağı altında yarım milyona qədər döyüşçünün yürüşə çıxdığını yazırlar.

 

Atilla haqqında yazılı və şifahi ədəbiyyatda bir sıra nümunələr, habelə strategiya və döyüş kompüter oyunlarında personajları mövcuddur. Məsələn, Dantenin məşhur “İlahi komediya”-sının personajlarından biri Atilladır.