B

Boyakarlıq

Boyakarlıq təsviri sənətin əsas növlərindən hesab olunur.
 
Boyakarlıq əsərləri rənglər vasitəsilə hər hansi bərk (kətan, ağac, divar, şüşə və.s.) səthin üzərinə çəkilir.
 
İlkin boyakarlıq əsərləri insanlar tərəfindən hələ qədim daş- Paleolit dövründə mağaraların divarlarında (Cənubi Fransa (Fon-de-Qom mağarası) və Şimali İspaniya (Altamira mağarası)) çəkilmişdir.
 
Dəyərli boyakarlıq əsərlərinin qədim nümunələrinin yaradıldığı ölkələrin arasında Yaponiya, Hindistan, Çin, Bizans, Yaxın və Orta Şərq ölkələrinin, daha sonrakı mərhələdə isə Qərbi Avropa (İntibah dövrü) dövlətlərinin adını çəkmək olar. 
 
Azərbaycan boyakarlığının zəngin tarixi özündə qədim miniatür ənənələrini yaşadan əsərləri, Şəki və Şuşadakı divar rəsmlərini, eləcə də M.Q.İrəvani, M.M.Nəvvab, B.Kəngərli, Ə.Əzimzadənin, eləcə də XX əsrdə yaşamış rəssamların müxtəlif janrlarda çəkdikləri əhatə edir.
 
Azərbaycan boyakarlığının son mərhələsinin dünya şöhrəti qazanmasında S.Bəhlulzadə, M.Abdullayev, T.Salahov, T.Nərimanbəyov, R.Babayev, M.Mircavadov və b. Yaradıcılığı mühüm rol oynamışdır.