Q

Qələmkarlıq

Lap qədimlərdən mövcud olan bu sənətkarlıq növünün mahiyyətini kətan və ipək parçaya naxışvurma təşkil edir.
 
Parçanı bəzəyəcək nəbati və həndəsi naxışlar əvvəlcə bərk taxtadan qəlib kimi kəsilir, sonra isə rəngə batırılaraq səthə vurulur.
 
Baş örtüklərində, yaylıqlarda və kəlağayılardakı naxışlar ipək, müxtəlif süfrələri, pərdələri bəzəyən naxışlar isə kətan parçalara vurulur.
 
Bu cür qələmkarlıq nümunələri- basma parçalar Şamaxı, Gəncə, Naxçıvan, Bakı, Şəki, Təbriz və digər şəhərlərdə, eləcə də Basqal kəndində(İsmayıllı rayonu) hazırlanırdı.
 
Məşhur türk səyyahı Övliya Çələbinin ( XVII əsr) Azərbaycan səfərini əks etdirən yol qeydlərində, ölkə ərazisində, xüsusilə də Naxçıvanda yüksək keyfiyyətli basma parçaların istehsal olunduğu və satılmaq üçün bir çox xarici ölkələrə göndərildiyi vurğulanıb.