Xəbərlər

“Star Kids Group”un xeyriyyə aksiyası keçirilib

Bakı, 16 iyun, AZƏRTAC
 
Star Kids Group” şirkətinin və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı  ilə iyunun 14-də Azərbaycan Uşaqları İctimai Birliyi nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağında yaşayan 30 uşaq üçün xeyriyyə tədbiri keçirilib.
 
Uşaqlara geyim, ayaqqabı və ərzaq məhsullarından ibarət sovqat gətirən təşkilatçılar onlar üçün əyləncəli proqram da təşkil ediblər.
 
Proqram uşaqların böyük sevincinə səbəb olub.