Bu maraqlıdır!

Yerdən Aya nə qədər məsafə var?

Ay bizim planetimizdə nə varsa özünə tərəf çəkir. O, ən asan suyu cəzb edir və Yerdə qabarma və çəkilmələri formalaşdırır. Lakin Ay min illər ərzində insanların diqqətini də özünə cəlb edərək yüzlərlə sual və müəmma yaratmağı bacarıb. Ay Yerə ən yaxın göy cismidir və onun yeganə təbii peykidir. Bəs Ay yerdən hansı məsafədə yerləşir və həyatımıza güclü təsir göstərməyə necə nail olur?

 

Yerdən Aya qədər məsafə orta hesabla 384 401 kilometrdir. Biz avtomobillə ora dayanmadan yarım ildən artıq bir müddətə çatardıq. Bu da yalnız qalaktik yol hərəkəti qaydalarını pozmaqla. Ola bilər Aya raketlə daha tez çata bilərik və insanlar yenidən ora uçar. Ay yerin ətrafında çevrə üzrə deyil, yastı çevrə - ellips üzrə dövrə vurur. Ay bizə minimal yaxınlaşdıqda olanda onunla Yer arasında məsafə 28 000 kilometr azalaraq 356 400 kilometrə çatır. Ayın yerə minimal yaxınlaşması perigey, maksimal uzaqlaşması isə apogey adlanır və 406 700 kilometrə bərabər olur.

 

Hazırda astronomlar lazer şüası ilə təchiz olunmuş müasir qurğuların köməyi ilə Yerlə Ay arasında məsafəni bir neçə santimetrə qədər dəqiqliklə təyin edə bilirlər. Bu məsafəni qət etmək üçün işıq şüasına 1 saniyədən bir qədər artıq vaxt tələb olunur. Ay kosmik fəzada öz orbiti üzrə saatda 2681 kilometr sürətlə, yəni Formula-1 bolidindən 8 dəfə daha tez hərəkət edir.

 

Maraqlıdır ki, biz yerdən Ayın yalnız bir tərəfini görə bilirik. Bu “kiçik” diskin diametri 3476 kilometrdir. Günəş şüasının düşdüyü yerdə Ay səthinin hərarəti 130 dərəcəyə qədər qalxır, qaranlıq tərəfində isə mənfi 170-180 dərəcəyə qədər düşür. Ay özü işıq saçmır və yalnız günəşin şüalarını əks etdirir. Yer periodik olaraq günəş şüalarının bir hissəsinin qarşısını kəsir və bizə elə gəlir ki, Ay öz görünşünü dəyişir.