M

Metro - Metropoliten

Metro - Metropoliten

Metropoliten (fransızca Metropolitain) xətləri yeraltı tunellərdə, habelə yer səthinin üzərində və estakadalarda quraşdırılır.

 

İlk metro xətti 1863-cü il yanvarın 10-da Londonda açılıb.

 

Bakı şəhərində isə metro 1967-ci il noyabrın 6-da fəaliyyətə başlayıb. O vaxt metropolitenin cəmi beş stansiyası və 9,2 kilometrlik yeraltı xətti vardı. Hazırda isə Bakı metropoliteni ümumi uzunluğu 36,4 kilometr olan iki xətdən və 25 stansiyadan ibarətdir. Həmin stansiyaların 23 vestibülü var. Stansiyaların yeddisi yerin böyük dərinliyində yerləşir.

 

Dövlət Proqramına əsasən, 2030-cu ilədək Bakı metropoliteni xətlərinin uzunluğunun 119 kilometrə, stansiyaların sayının isə 76-ya çatdırılması planlaşdırılır.

 

Dünyanın ən böyük metropolitenləri:

 

Stansiya və marşrutlarının sayına görə Nyu-York metropoliteni (469 stansiya və 34 marşrut).

 

Xətlərinin uzunluğuna görə Şanxay metropoliteni (588 kilometr).

 

Sərnişin axınına görə Pekin və Moskva metropolitenləri (müvafiq olaraq ildə 3,2 milyard və 2,4 milyard nəfər).