Bu maraqlıdır!

Qarpız nə üçün giləmeyvədir

Əslində qarpız balqabaqkimilər fəsiləsinə aiddir. Bəs nə üçün onun giləmeyvə olduğunu deyirlər?

 

Məsələ bundadır ki, balqabaqkimilər giləmeyvənin bir növüdür. Bəs giləmeyvə nədir? Botaniklər çox sayda toxumu, qabığı və şirəli ləti olan meyvəni giləmeyvə adlandırır. Qarpıza oxşadımı?

 

Deməli, balqabaq da, xiyar da, kabak da giləmeyvədir.

 

Qarpız nəinki dadlı, həmçinin faydalı meyvədir. O, sidikqovucu xüsusiyyətinə görə orqanizmi şlaklardan təmizləyir, tərkibində dəmirin çox olması səbəbindən anemiyaya qarşı güclü təsirə malikdir, sellülozla zəngin olduğu üçün orqanizmdən xolesterini çıxarır.

 

Əgər qarpızda sarı rəngli damarlar görünürsə, deməli, onun becərilməsi zamanı kimyəvi maddələrdən istifadə olunub. Həmçinin qarpızın keyfiyyətini onun lətinin bir hissəsini suya salmaqla da müəyyən etmək olar: əgər su çəhrayı rəngə boyanarsa, deməli, onun tərkibində nitratlar var. Şora ilə zəngin qarpızı almaq ehtimalını azaltmaq üçün onları avqustun ortalarında və sentyabr ayında əldə edin. Bu zaman qarpızın təbii şəraitdə yetişmə ehtimalı böyükdür.