Bu maraqlıdır!

Nəyə görə gecə ilə gündüz yerini dəyişir?

 

Gecə gündüzü, gündüz isə gecəni əvəz edir. Biz buna alışmışıq və günəşin gecə hara gizləndiyi haqda düşünmürük. Bizə elə gəlir ki, o, göyün üzü ilə hərəkət edir – gündüz çıxır, gecə ilsə üfüqdə batır. Bəs bizim planetdə gecə ilə gündüz niyə yerini dəyişir?

 

Cəmi 400 il bundan əvvəl bəzi insanlar səmimi olaraq planetimizin hərəkətsiz olduğunu, Günəşin isə şüalarını saçaraq onun ətrafında dövr etdiyini düşünürdü.

 

Əslində isə Yer kürəsi Günəş ətrafında hərəkət edir. Planetimiz gah bir tərəfini, gah da digər tərəfini günəşə çevirərək fasiləsiz olaraq öz oxu ətrafında dövr edir. Günəşin işıqlandırdığı tərəfdə gündüz, əks tərəfdə isə gecə olur.

 

Yer bir tərəfi ilə Günəşə tərəf çevrildikdə bu hissə daha çox işıq və istinin təsirinə məruz qalır və müvafiq olaraq planetimizin bu hissəsində gün başlayır, günəşə əks tərəfdə olan Yerin bir hissəsi isə “qaranlığa qərq olur” – burada gecə hökm sürür.

 

Göydə Günəşin vəziyyəti planetimizin həyatında bir çox proseslərə təsir edir. Yer Günəşin ətrafında səyahət edir və nəticədə sutkanın bölünməsi baş verir:

 

səhər – göy qübbəsinin şərq hissəsində şəfəq başlayır və Günəş üfüqdən çıxır;

 

günorta – Günəşin göydə şərqdən qərbə doğru hərəkət etdiyi müddət;

 

axşam – Günəşin qərbdə qürub etməsi və son şüalarının yoxa çıxması;

 

gecə - Günəşin Yer kürəsinin əks tərəfini işıqlandırdığı sutkanın qaranlıq vaxtı.