Xəbərlər

Kukla tamaşaları sizi gözləyir

Bakı, 12 sentyabr, AZƏRTAC
 
Əziz uşaqlar! Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 86-cı mövsümünün sentyabr repertuarını təqdim edirik:
16 sentyabr – Samuil Marşak. “Pişiyin evi”; rus xalq nağılı “Qoğal”,  
17 sentyabr – Üzeyir Hacıbəyli. “O olmasın, bu olsun”; Tofiq Ağayev. “Qoçaq Əhməd”,
22 sentyabr – Vladimir İlyuxov. “Oyaq gözəl”,
23 sentyabr – Şarl Perro. “Qırmızı papaq”; rus xalq nağılı “Qoğal”,
24 sentyabr – Karlo Kollodi. “Pinokkionun sərgüzəştləri”, 
29 sentyabr – Kəmalə Ağayeva. “Məlikməmməd”; Canni Rodari. “Çipollino”,
30 sentyabr - rus xalq nağılı “Turp”; Tofiq Ağayev. “Qoçaq Əhməd”.
 
Qeyd edək ki, Azərbaycan dilində olan tamaşalar saat 12.00, 14.00, rus dilində olanlar isə 16.00-da başlanır.