Xəbərlər

Əlvida bağça, salam məktəb

Ağsudakı “Qərənfil” körpələr evi-uşaq bağçasının 20 balaca sakini sentyabrın 15-də şəhərin ümumtəhsil məktəblərində birinci sinfə qədəm qoyacaq.
 
AZƏRTAC xəbər verir ki, bu münasibətlə bağçada təntənəli yolasalma mərasimi keçirilib. Valideynlərin, qonaqların dəvət olunduqları mərasim balacaların ifasında şən musiqi sədaları, səhnəciklərlə yaddaqalan olub. “Matroşka”, “Kukla”, “Şən qazlar”, “Cücə”, “İspanyolla” və sair rəqslər, “Tıq-tıq xanım” səhnəciyi, xor kollektivinin ifasında səsləndirilən “Biz mehriban ailəyik” mahnısı iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb. 
 
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, valideynlər çıxış edərək bağça ilə vidalaşanlara məktəb illərində uğurlar arzulayıblar. Sonda yola salınan balacalara sertifikat verilib.