Xəbərlər

Milli İncəsənət Muzeyində konsert proqramı təqdim edilib

Bakı, 19 sentyabr, AZƏRTAC

 

Milli İncəsənət Muzeyində dahi bəstəkar, görkəmli musiqişünas, yazıçı, publisist, ictimai xadim, maarifçi Üzeyir Hacıbəylinin doğum günü və Milli Musiqi Gününə həsr edilmiş konsert keçirilib. Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Konservatoriyanın tərkibində yerləşən İncəsənət Gimnaziyasının şagirdləri maraqlı konsert proqramı nümayiş etdiriblər.

 
Şagirdlər Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları əsasında kiçik tamaşa və musiqili proqramla çıxış ediblər. Tədbirdə məktəblilər üçün təşkil olunmuş kvest oyunu keçirilib.
 
Tədbirin sonunda milli filmlərdən fraqmentlər, musiqi ifaları və səhnəciklər nümayiş olunub.