Xəbərlər

“Kids Fashion Show” yarışması bu dəfə payız kolleksiyasına həsr edildi

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də “Pullman Hotels and Resorts” otelində “ Star Kids Group” şirkətinin təşkilatçılığı ilə “Payız Kolleksiyası” adlı  “Kids Fashion Show” yarışması keçirilib. Müsabiqə 4-14 yaş arasında uşaqları əhatə edib. “Payız Kolleksiyasına“ həsr olunmuş tədbirdə 70 model və 27 modelyer iştirak edib. Modellərin 37 qız, 33 oğlan idi. Tədbirdə Azərbaycanın məşhur simaları, o cümlədən modelyer-dizaynerlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. 

Tədbirin layihə rəhbəri “ Star Kids Group” şirkətinin hüquqi təmsilçisi Aygün Əliyevadır. 

Model qızlar arasında I yerə Nəzrin Həsənli, II yerə Rəna Teymurova, III yerə Gülər Qocayeva layiq görülüblər. Model oğlanlar arasında Raul Qazızadə I yeri, Ömər Əhməd II yeri, Səhərbəy Əliyev III yeri tutublar. 

Habelə Milena Aleynikova, Raul Mahmudov, Ləman Bəşirzadə, Aydan Məmmədzadə, Fatimə Məmmədova, Uğur Əlizadə, İlahə Ağamirzəyeva, Ayxan Əhmədzadə, Röyal Hacızadə, Xasay İbrahimzadə müxtəlif nominasiyalarda mükafatlara layiq görülüblər. 

Münsiflər heyətində Əməkdar İncəsənət Xadimi  Modelyer Fəxriyyə Xələfova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, “YES MODA EVİ”nin rəhbəri modelyer Yeganə Sadıqova, tanınmış müğənni, Azərbaycanın Əməkdar Artisti, Rusiya Federasiyasının Dağıstan Respublikasının Xalq Artisti Ədalət Şükürov, tanınmış aparıcı Afaq Gəncəli, müğənni Ceyhun Bakinski, stilist Anar Məmmədov, model İlqar Əliyev, “GƏNCƏ MODA EVİ”nin rəhbəri Zemfira Ağayeva, rəqqasə Fatimə Fətəliyeva yer alıblar.