Bu maraqlıdır!

Çin xoşbəxtliyi: qədim xalqın gələcəyi

Bakı, 26 oktyabr, Günel Məlikova, AZƏRTAC 

 

Çin adətlərinə görə uşağın tərbiyəsində əsas yeri ailə ənənələri və qədim Çin fəlsəfəsi tutur. Hər bir ailədə həyat əsrlər boyu formalaşmış adət və təsəvvürlərin təsiri ilə davam etdirilir. Çində tarixən formalaşan və bu gün də davam etdirilən pedaqogikanın əsasını bilikli, nəzakətli, özünü dərk edən, qəlbində sülh və harmoniya yaratmağı bacaran insan tərbiyəsi təşkil edir. Burada təvazökarlıq, böyüyə hörmət, müəllimə itaət kimi prinsiplər yüksək mənəvi dəyərlər hesab olunur.  


Bu ölkədə tərbiyə qədim Çin fəlsəfəsinin prinsiplərinə əsasən qurulub.


Çin ideologiyasına əsasən dünyada hər şey hərəkətdədir və mütəmadi olaraq dəyişir. İnsan heç nəyin təbii gedişinə qarışmamalıdır. İlkin təbiətlə vəhdətə qayıtmaq insanlara sakit və xoşbəxt həyat yaşamaq imkanı verər. Bundan əlavə, çinlilərin düşüncəsinə əsasən, qarşılıqlı məhəbbət və insana sеvgi doğru yolun əsasını təşkil edir. Həmin nəzəriyyəyə görə, hər kəs insanları sеvməli və validеynlərinə hörmət еtməlidir. Dеmək olar ki, bu prinsiplərin əsasında tərbiyə məsələləri dayanır və insan bu biliklərin köməyi ilə həyatın bütün suallarına cavab tapmalıdır.