Xəbərlər

Gəncəli məktəbli: Lənkəranın gözəlliyi bizi heyran etdi

Lənkəran, 13 noyabr, Bağır Əliyev, AZƏRTAC

Lənkəranın gözəlliyi bizi heyran etdi. Buradan aldığım təəssürat ölçüyəgəlməzdir. İlk dəfədir cənub bölgəsində oluram. Çox sevinirəm. Bizə bu sevinci bəxş edən Prezidentimizə “Çox sağ olun!” deyirəm.

Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Lənkəran rayonunda olan Gəncə şəhərindəki 39 nömrəli tam orta məktəbin XI sinif şagirdi Fidan Rəhimova AZƏRTAC-a müsahibəsində deyib.

“İndiyədək cənub bölgəsinə gəlmədiyimə görə çox təəssüflənirəm. Bu mənim bölgəyə son səyahətim olmayacaq. Gələcəkdə rəfiqələrimlə, ailə üzvlərimlə tez-tez bu yerlərə gələcəyəm”, – deyə gəncəli məktəbli bildirib.