Bu maraqlıdır!

Birləşmiş Krallıq və Böyük Britaniya arasındakı fərq nədən ibarətdir?

Birləşmiş Krallıq – İngiltərə, Şotlandiya, Uels və Şimalı İrlandiyadan ibarətdir. Onun tam adı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığıdır. Digər tərəfdən Böyük Britaniya yalnız İngiltərə, Şotlandiya, Uelsi əhatə edir.

 

Bu, Britaniya adalarının ən böyüyüdür. Şimali İrlandiya və İrlandiya Respublikasının yerləşdiyi ada isə öz böyüklüyünə görə ikinci yerdədir.


Men adası və Çanel adaları Birləşmiş Krallığın tərkibində deyil. Onlar özünəməxsus hüquq sistemi və qanunverici orqan da daxil olmaqla, özünüidarəetmə sisteminə malikdirlər.

 

Buna baxmayaraq, Britaniya hökuməti bu adaların hərbi müdafiəsinə və beynəlxalq əlaqələrinə məsuliyyət daşıyır.