Xəbərlər

Bakı teatrında uşaqlar üçün maraqlı tamaşalar göstəriləcək

Bakı, 6 dekabr, AZƏRTAC
 
 
Həftə sonu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının azyaşlı qonaqları maraqlı tamaşalar izləyəcək.
 
Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağının yaradıcı kollektivi dekabrın 9-da “Dörd əkizin nağılı”, dekabrın 10-da isə “Çəkməli pişik” səhnə əsərlərini balaca tamaşaçılara təqdim edəcək.
 
Uşaqlar hər iki səhnə əsərini müvafiq olaraq saat 12:00 və 14:00-da izləyə biləcəklər. Balacalar hər iki tamaşada Əməkdar artistlər Leyli Vəliyeva, Vahid Əliyev, Elşən Rüstəmov, Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Nübar Novruzova, Rasim Cəfər,  aktyorlar Anar Seyfullayev, Müşfiq Əliyev, Elşən Hacıbabayev, Asya Atakişiyeva, Elnur Hüseynov və digərlərini görə biləcək.
 
Biletləri şəhərin bütün kassalarından (tiket.az-a daxil olmaqla onlayn sifariş edə bilərsiziniz)  və “ASAN xidmət” mərkəzlərindən əldə etmək mümkündür.