Xəbərlər

Balakəndə məktəblilər arasında futzal turniri keçiriləcək

Bakı, 7 dekabr, AZƏRTAC


Dekabrın 9-10-da AFFA-nın təşkilatçılığı ilə Balakən Olimpiya İdman Kompleksində 2006-2007-ci il təvəllüdlü uşaqlardan ibarət komandalar arasında futzal turniri təşkil olunacaq. AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, turnirdə oğlanlarla yanaşı, qızlardan da təşkil olunmuş komandalar iştirak edəcək.


Turnirin keçirilməsində əsas məqsəd orta məktəb şagirdlərinin sağlam həyat tərzinə istiqamətləndirilməsi, futbolun kütləviliyinin təmin olunması, futbola marağın artırılmasıdır.