Bizi əhatə edən dünya

Xadimə quşlar

Oxpecker adlanan quşlara təbiətin xadimələri deyilir. Bu quşlar kərgədan, fil, zebra və başqa heyvanların dərilərinin üzərində olan parazit və kiçik həşəratlarla qidalanırlar.

 

Bu səbəbdən heyvanlar Oxpecker adlanan quşlara imkan verir ki, onların üzərində rahatlıqla gəzsin.

 

Bu əməkdaşlıq hər iki tərəfə faydalıdır. Belə ki, quşlar bu əməkdaşlıq sayəsində qidalanır, üzərinə qonduqları heyvanların tüklərindən özləri üçün yem götürür. Heyvanlar isə onları narahat edən parazitlərdən qurtulmuş olurlar.