Bu maraqlıdır!

Yeddi notun adını kim düşünüb və bu adlar latıncadan tərcümədə nə deməkdir?

Not savadının kimin düşündüyü, notların nə üçün məhz Do-Re-Mi-Fa-Sol-Lya-Si adlandırıldığı və ümumiyyətlə bu hərflərin nəyi ifadə etdiyi barədə heç düşünmüsünüzmü? Bu gün biz notların mənşəyi barədə informasiyanı sizinlə bölüşəcək və onların adlarının sirrini açacağıq. 


Not savadının müəllifi Orta Əsrlər dövrünün ən iri musiqi nəzəriyyəçilərindən və müəllimlərindən biri, təxminən XI əsrdə yaşamış  rahib Qvido d`Arettsodur (Qvido Aretinski). O dövrdə bütün gözəl yeniliklərin çoxu kimi, not savadı da Florensiyada, daha doğrusu onun yaxınlığında yerləşən Arettso şəhərciyində (Toskana) yaranıb. 


Qvido müxtəlif məbədlər nəzdində musiqi və kilsə xorunun nəğmə   müəllimi olub, İtaliyanı qarış-qarış gəzib, Romada Papa XIX İoann ilə görüşüb və not savadı üzərində üzərində çalışıb.   


Dini nəğmələr oxuyan xor üçün tanış olmayan melodiyaların öyrənilməsinin daha asan üsulunu axtaran Qvido bir gün solmizasiya sistemini –hər bir pillə üçün təyin edilmiş şərti hecaların köməyi ilə melodiyaların oxunması üsulunu icad edir. O, zəmanəmizə qədər qorunub saxlanılmış həmin sistemdə Vəftizçi Yəhya peyğəmbər (İoann Krestitel) üçün “ut Queant Iaxis” duasının akrostixi əsasında səs sırası pillələrinin hecalardan ibarət adlarını müəyyən edib. 

 

UT queant laxis
REsonare fibris
MIra gestorum
FAmuli tuorum
SOLve polluti
LAbii reatum
Sancte Ioannes

(Nəğmə latıncadan tərcümədə təqribən belə səslənir: “Ey, Müqəddəs İohann, bəndələrinin öz səsləri ilə sənin çox gözəl əməllərini tərənnüm etmələri üçün çirkaba bulaşmış ağzımızdan günahları təmizlə).


Birinci notdan başqa qalan bütün notların adları sait səslə bitir, onları oxumaq rahatdır. “Ut” hecası qapalıdır və onu digər hecalar kimi oxumaq mümkün deyil. Buna görə də oktavanın birinci notunun adı  “ut” XVI əsrdə “do” ilə əvəzlənib (çox güman, latın dilində Dominus (Allah) sözünün birinci hecası ilə). 


Not adlarının müasir interpretasiyası aşağıdakı şəkildədir:


Do – Dominus – Allah;
Re – rerum – materiya;
Mi – miraculum – möcüzə;
Fa – familias planetarium – yeddi planet, yəni Günəş sistemi;
Sol – Solis – Günəş;
La – Lactea via – Kəhkəşan;
Si – siderae – səma 

 

Qvidonun nüfuzu sayəsində Qərbi Avropa ölkələrində latın əlifbasının ilk yeddi hərfinin (ABCDEFG) istifadə olunduğu latın hərf notasiyası təsdiq edilir. Bu günədək öz aktuallığını itirməyən həmin sistem sonralar bütün dünya tərəfindən qəbul olunur. 


Not savadının yazı hissəsində də Qvidonun böyük xidmətləri var. Qvido xorun çıxışı zamanı notları göstərmək üçün sol əlindən istifadə edirmiş. O,  barmaq oynaqlarını əyərək hansı notu nə zaman götürmək lazım gəldiyni  göstərirmiş. 


Sonralar Qvido səsləri notlarla işarələməyə (nota latın dilindən tərcümədə işarə deməkdir) başlayır. O, dörd paralel xətdən ibarət sətirdə notlar deyilən ştrixlənmiş kiçik kvadratlar yerləşdirir. Hazırda beş paralel xətdən ibarət not sətrindən istifadə olunur, notlar isə kvadrat deyil, dairə şəklindədir, amma Qvidonun tətbiq etdiyi prinsip dəyişməz qalıb.