Bu maraqlıdır!

Limonlu suyun faydaları

Bakı, 23 dekabr, AZƏRTAC

 


İnsan orqanizminin günlük su tələbatını ödəmək olduqca vacibdir. Bu suya limon da əlavə etdikdə o zaman insan üçün faydaları daha da artır.


1 ədəd limon suyu insanın günlük “C vitamini”nə olan tələbatının 30 faizini ödəyir. Limonun tərkibində kaliumun miqdarının çox olduğunu nəzərə alsaq limon suyunun ürək, beyin və sinir funksionallığının qorunmasında faydasını qeyd etmək olar.


Diş əti iltihablarını aradan qaldırmaq üçün də limonlu su çox faydalıdır. Həmçinin ağız qoxusunu da normallaşdırır. Lakin limon turşusu diş minalarında aşınma yarada bildiyi üçün limonlu su qəbul etdikdən sonra dişləri fırçalamaq məsləhət görülür. Limonlu su insan enerjisinin, immunitetin artımına, depressiyanın azalmasına və sinir sistemində rahatlığa səbəb olan vasitədir.