Xəbərlər

“Apple” şirkəti “iOS” əməliyyat sistemində valideyn nəzarəti funksiyasının yenilənməsi üzərində işləyir

Bakı, 10 yanvar, AZƏRTAC

 

“Apple” şirkəti “iOS” əməliyyat sistemində valideyn nəzarəti funksiyasının yenilənməsi üzərində işləyir.

 

AZƏRTAC “life.ru” saytına istinadla xəbər verir ki, yenilənmiş proqram təminatı valideynlərə uşaqlarını smartfon asılılığından xilas etməkdə kömək göstərəcək.

 

Şirkətin nümayəndəsinin sözlərinə görə, “Apple” valideyn nəzarəti sistemini təqdim etməklə bu sahədə də yenilikçi olmağa ümid edir. Şirkət problemin həllinin vacibliyini anlayır və valideynlərin işini asanlaşdırmağı planlaşdırır.

 

Qeyd edək ki, “iOS” əməliyyat sistemində artıq valideyn nəzarət funksiyası var. “iCloud” “bulud” sistemi vasitəsilə uşağın istifadə etdiyi qurğunun aktivliyini izləmək olur.