Xəbərlər

“Fidan və Qoğal” uşaqları bir araya gətirəcək

Yanvarın 13-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Fidan və Qoğal” adlı uşaq tamaşası təqdim ediləcək.
 
AZƏRTAC xəbər verir ki, “YARAT Freestyle” və Bakı Uşaq Teatrının təşəbbüsü ilə nümayiş ediləcək tamaşanı balacalar Azərbaycan dilində izləyəcəklər.
 
Bakı Uşaq Teatrının rəhbəri İntiqam Soltanın quruluşunda hazırlanan səhnə əsərində dəcəl qızcığaz Fidan üçün nənəsinin bişirdiyi Qoğalın başına gələn əhvalatlardan bəhs edilir. Fidan və dostları – Nazbalıncla Yorğan evdən qaçmış Qoğalın arxasınca meşəyə üz tuturlar. Meşədə şahidi olduğu hadisələrdən sonra bir sıra mətləbləri anlayan Fidanın timsalında tamaşaçılara ibrətamiz fikirlər aşılanır.