Xəbərlər

“YARAT”dan uşaqlar üçün növbəti layihə

Bakı, 10 yanvar, AZƏRTAC

 


Yanvarın 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün  “Robotların köməyi ilə ətraf mühiti qoruyaq” adlı tədbir keçiriləcək. 


AZƏRTAC xəbər verir ki, “Mars Academy”nin tərəfdaşlığı ilə reallaşacaq  tədbir çərçivəsində dörd  istiqamətdə peşəkar dərslər keçiriləcək,  balacalar  proqramlaşdırma, mühəndislik, robotiks və rəqəmsal incəsənət haqqında məlumat əldə edəcəklər.


Eyni zamanda, uşaqlar robotların uyğun konstruksiyalarını toplayacaq, sonra onları ayrı-ayrılıqda proqramlaşdıracaqlar. 


Layihədə 5-12 yaş arası uşaqlar iştirak edə bilər.