Xəbərlər

İşləyərkən musiqi dinləmək diqqətimizi yayındırırmı?

Musiqi dinləmək gündəlik həyatımızın əvəzedilməz bir hissəsidir. Bəzən uşaqlar idman edərkən, dərslərini hazırlayarkən, kitab oxuyarkən, bir tərəfdən də musiqi dinləyirlər. Bəs bütün bunları edərkən musiqi dinləmək diqqəti yayındırırmı?


AZƏRTAC xəbər verir ki, bununla bağlı müxtəlif ölkələrdə bir çox araşdırmalar aparılıb. 


Musiqi dinləmək davranışımıza və hisslərimizə təsir göstərir. Bu, xüsusilə uşaqlara müsbət təsir edir və onlarda stressin, narahatlığın azalmasına səbəb olur. Lakin bu, bütün musiqilərə aid deyil. 


Dinlədiyimiz musiqi növü bizim ruhumuza toxunaraq bir növ onu sakitləşdirməli, insan bundan bezməməlidir. Məsələn, 1993-cü ildə “Nature” jurnalında qeyd olunan bir araşdırmada bildirilir ki, Motsartın musiqilərini dinləmək insana müsbət təsir göstərir. Lakin elə musiqilər də var ki, insanı bezdirir, onu pessimistliyə uğradır. Bundan belə çıxır ki, vacib bir işi yerinə yetirərkən musiqi dinləmək insana maneçilik törədə bilər.