Tapmacalar

Zeynal Cabbarzadə. Tapmacalar

Yanağım yamyaşıldı,

Dodağım qıpqırmızı.

Kim sevməz bostandakı

Deyin, şirin ...

(qarpız)

***

 

 

 

Çöldə, düzdə qaçaram,

Hər qapını açaram.

İstəsəm ağacları

Kökündən qopararam.

Istədiyim tərəfə

Adam da apararam.

Adımı tapın görək

Söyləyin nəyəm?

(külək)

***

 

Əvvəllər yaşıl olur,

Sonra qızıl tək sarı.

İnsanlar deyir ona

Xalqın dövləti, varı.

Nə suyu vardır onun

Nə də üzən gəmisi.

Uşaqlar, onun adı

Nədir?

(taxıl zəmisi) 

***
 

Məni sevən hər kəsin

İşi çox asan olur.

O, hər işi bacaran,

Yaxşı bir insan olur.

Uşaqların çoxusu

Adımı bilir əlbət.

Tanımayn var idi

Tapsın adımı...

(zəhmət)

***


Məni sevən hər insan

Çatır şöhrətə, ada.

Mənim köməyimlə o,

Xoşbəxt olur dünyada.

Ağıllı adamların

Dostuyam həmişəlik.

Axtarın, tapın indi

Adım nədir?...

(bilik)

***


Boyum uzundur,

Bədənim gödək.

Gözlərim iri,

Qulaqlarım şək.

Görübsünüzmü?

Məni bir dəfə?

Tapın adımı

Nədir?

(zürafə)