Xəbərlər

UNICEF uşaqları və onların rəqəmli əhatə dairəsini qorumaq üçün təcili tədbirlər görməyə çağırır

Bakı, 9 fevral, AZƏRTAC 

 


UNİCEF-in məlumatına görə, hər gün 175 mindən çox uşaq – hər yarım dəqiqədən bir başqa bir uşaq ilk dəfə onlayn mühitə daxil olur.


AZƏRTAC xəbər verir ki, Azərbaycanda əhalinin ən azı üçdə birinin hazırda internetə çıxışı var və internet istifadəçilərinin yarıdan çoxu 16-24 yaşlarındadır.

 

Rəqəmli mühitə çıxış həmin uşaqlara çoxsaylı fayda və imkanlar yaratsa da, onları zərərli materiallardan istifadə, cinsi istismar və zorakılıq, kiberhədələmə və şəxsi məlumatlardan sui-istifadə də daxil olmaqla, bir sıra risk və təhlükələrə də məruz qoyur. 


UNICEF-in məlumatlar, tədqiqat və siyasət məsələləri üzrə direktoru Lorens Şandi bildirib ki, hər gün minlərlə uşaq ilk dəfə onlayn mühitə daxil, bu da uşaqları, aradan qaldırılmasına müdaxilə etmədiyimiz təhlükə axınına məruz qoyur.

 

Hökumətlərin və özəl sektorun ən qorxunc onlayn riskləri aradan qaldırmaq üçün siyasət və yanaşmalar hazırlanması sahəsində müəyyən irəliləyiş əldə etmələrinə baxmayaraq, uşaqların onlayn həyatlarını tam şəkildə anlamaq və qorumaq üçün daha çox səy göstərilməlidir.   


Lorens Şandi bildirib ki, uşaq hər hansı bir istinada klikləyən zaman haradasa onun rəqəmli əhatə dairəsi yaranmağa başlayır,  uşaqların yüksək maraqlarını nəzərə almağa əhəmiyyət verməyən şəxslər onu izləyə və potensial olaraq sui-istifadə edə bilərlər.

 

Daha kiçik yaşlı uşaqlar internetə qoşulduqları üçün onları onlayn mühitdə necə təhlükəsiz saxlamağa və onların rəqəmli əhatə dairəsini təmin etməyə dair ciddi müzakirə aparmağımız getdikcə daha qaçılmaz olur.