Xəbərlər

ABŞ-da gözlənilməz hadisə sosial şəbəkələrdə xeyli marağa səbəb olub

Bakı, 9 fevral, AZƏRTAC

 


ABŞ-ın Florida əyalətində ailəsi ilə birgə alış-veriş mərkəzinə gedən Mason adlı bir uşaq oyuncaq maşınının içinə girərək oradan çıxa bilməyib. 


AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, buna səbəb balaca oğlanın bəyəndiyi oyuncağı qazana bilmədiyi üçün həmin maşına girməsi və oradan oyuncağı götürmək istəməsi olub. 


Qısa müddət ərzində xilasedicilər uşağı maşından çıxarıblar. 


“Gözlənilməz bir hadisə” adlandıran başlıqla Facebook sosial şəbəkəsində paylaşılan hadisə xeyli marağa səbəb olub.