Xəbərlər

Kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyinə yekun vurulub

Bakı, 10 fevral, AZƏRTAC 

 

Kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Bakı birinciliyinə yekun vurulub.

 

AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarışda 8 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər-İdman Məktəbinin yetirmələri uğurla çıxış ediblər.

 

Məşqçi Anar Rüstəmovun rəhbərliyi altında məktəbin 4 yetirməsi fəxri kürsüdə yer alıb.

 

Fəridə Mirzəyeva (36 kq) və Rəmziyyə Hüseynova (40 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Altay Hüseynov (24 kq) gümüş, Vasif Rossinskiy (38 kq) isə bürünc medala sahib olublar.