Bu maraqlıdır!

Limonad necə yaranıb

Limonad bir zamanlar çox bahalı və elit içki hesab edilirdi. Deyilənlərə görə, ilk dəfə limonad Fransız Kralı XIV Lüdovikin dövründə yaranıb. Lüdovik hər dəfə masaya fərqli növ şərab gətirtməyi sevərmiş. Bu da xidmətçilər arasında çaşqınlıq yaradırmış.

 

Limonad içkisi xidmətçilərdən birinin səhvi üzündən yaranıb. İçki növünü dəyişmək üçün anbara düşən xidmətçi içkiyə səhvən başqa maye əvəzinə limon şirəsi əlavə edib. Alınan dadda olan fərqliliyi aradan götürmək üçün ona mineral su da əlavə edib.


Xidmətçinin bu səhvi ona uğur gətirdi. Sonralar limonad adlandırılan bu içki XIV Lüdovikin çox xoşuna gəldi. Hər gün bu içkidən süfrəsinə gəlməsini sifariş edirdi. Tezliklə bu içki məşhurlaşmağa başladı.

 

Əvvəlcə kral ailəsinin süfrəsinin, sonra isə bütün Avropanın sevilən içkisinə çevrildi. Limonad uzun illər kralın xidmətçisinin reseptinə uyğun hazırlanırdı: təbii limon şirəsi və mineral su. Ancaq 1767-ci ildən reseptdə dəyişiklik edildi. Britaniyalı alim Cozef Priestley və alman iş adamı Jacob Şvepp birlikdə bir mühərrik hazırladılar ki, bunun vasitəsilə qazlı su əmələ gəlirdi.

 

Çox keçmədi ki Cozef Priestley və Jacob Şvepp "J. Schweppes & Co"  adlı ilk limonad şirkətlərini yaratdılar. Limonadın bahalı içki kimi alışı və istifadəsi 1833-ci ilə qədər davam etdi.