Bu maraqlıdır!

Göy qurşağı kimi əlvan dağlar harada yerləşir?

Əlvanlığına görə göyqurşağını xatırladan bu heyrətamiz dağlar ilk baxışda gerçəyə bənzəmir. Bəs bu dağlar harada yerləşir? 

 

Nadir torpaq örtüyü və bitki növləri ilə zəngin olduğuna görə həmin dağlar UNESCO-nun “Dünya irsi siyahısı”na daxil edilib. 

 

Göyqurşağı dağları (Rainbow Mountains) Çinin Qansu əyalətindəki Zhangye Milli Parkında 10 kvadratkilometr ərazidə yerləşir. Öz əlvanlığı ilə sanki göyqurşağını təqlid edən dağların təbii rəngləri yağışdan sonra günəşin şüaları altında bərq vurur. Burada 400 bitki növü bitir, onların çoxunun kökü kəsilmək üzrədir. Təbiətin bu möcüzəsini görmək üçün bura gələn turistlərin sayı durmadan artır.