Təbiət

Manqra meşələri

Afrika, Amerika və Avstraliyada bilavasitə okean sularını haşiyələyən isti çimərliklərdə manqra meşələri bitir. Nə üçün bəzi manqra ağacları “taxta ayaqlar” üzərində dayanır və sahil boyunca yerləşən bu qəribə kolluqlarda hansı canlı varlıqlar yaşayır. 

 

Dizə qədər suyun içində

 

Manqralar sahil boyu bitən həmişəyaşıl ağac və kollardır. “Dizə qədər” suyun içində olan bu bitkilər sanki necə inkişaf edəcəyini – qalıb torpaqda böyüyəcəyini, yaxud üzüb uşaqlara gedəcəyini müəyyənləşdirə bilmir. Torpağın qurtaracağında bitmək onlar üçün bir o qədər də asan məsələ deyildir.

 

Manqralar necə nəfəs alır və bu ağaclara ayaqlar nə üçün lazımdır?

 

Bu ağacların bitdiyi qalın lildə hətta kiçik dərinlikdə belə, demək olar, oksigen yoxdur. Bu isə o deməkdir ki, bitkilərin rişələri nəfəs ala bilmir və bəsləyici maddələri canına çəkmək onlar üçün çox çətindir. Budur manqra ağaclarından fərqli rişələr uzanır. Əslində yeraltı rişələrin zoğları olan bu rişələr lilin və sudan dik qalxır.  Onların ucunda deşiklər var və manqra kökləri də onlar vasitəsilə oksigeni alıb ağaca ötürür. 


Rizofora deyilən manqra ağacı başqalarından onunla fərqlənir ki, dayaq-ayaqlar üzərində dayanır. Bu dayaq-ayaqlar çəkilmə zamanı yaxşı görünür. Bir-birini əvəzləyən qabarma və çəkilmələr lili yuyub ağacı yuyub apara  bilər.. Buna görə də manqra gövdəsindən əlavə rişə-ayaqlar uzatmaqla torpaqda yerini möhkəmləndirməyə çalışır. 

 

Manqraların doğuluşu və səyahəti

 

Yeni manqra ağaclarının peyda olmasının özü də kiçik bir möcüzədir. Manqraların toxumları torpağa düşmür, birbaşa budaqdan uzanmağa başlayır. Ağac cavan zoğları bir ilə yaxın müddətdə bəsləyir. Bu, onlar yetişib uzun və iti mizraqa bənzəyənə qədər davam edir.  Yetişmiş zoğ ucu aşağıya doğru vəziyyətdə düşərək lilə sancılır və burada kök atmağa başlayır. 


Amma əgər zoğ qabarma zamanı suya düşübsə, onda “dəniz səyahətinə” çıxır. Bu səyahət dalğalar onu hər hansı sahilə çatdırana qədər uzun aylar davam edə bilər. Zoğ sahildə kök salıb inkişaf etməyə başlayandan sonra tezliklə daha bir manqra meşəsi bitir. Manqra meşələri çayların gətirdiyi çirkin qabağını alır. Bu meşələr sahil sularını təmizləyir və mərcan riflərini qoruyur. Bir çox ölkələrdə insanlar manqra meşələrini qoruyub saxlamağa və yenilərini salmağa başlayıblar. Ən böyük manqra meşəsi Sundarbandır. 10 min kvadratkilometr ərazini əhatə edən bu meşə Benqal körfəzinin sahilində, Qanq çayının deltasında yerləşir. 

 

Rütubətli meşədə kim yaşayır?

 

Su geri çəkiləndə manqra ağaclarının köklərində fəal hərəkət başlayır. Krab və xərçənglərlə bərabər, öz yuvalarından çoxlu sayda qəribə məxluqlar da gəzintiyə çıxır: bunlar öz üzgəcləri üzərində sürünən balıqlardır! Amma bu, necə ola bilər? Axı balıqlar nə susuz yaşaya, nə də torpaqda sürünə bilir! Sən demə, çox yaxşı bacarırlar. Əlbəttə, söhbət hoppanan balıqdan gedirsə. Bu balıqların pəncə üzgəcləri onların köməyi ilə yaş torpaqda hərəkət edə bilmək üçün yetərincə güclü və qalındır. Bu balıqlar çəkilmədən sonra yaş lildə qalmış yeməli nə varsa, hamısını toplayır. Nəfəs almaq üçün su ehtiyatı onların qəlsəmə torbalarında saxlanılır və bu torbaları daim doldurmaq lazım gəlir. Lilli hoppanan balıqlar qabarma zamanı suyun onları yuyub aparmaması üçün öz yuvalarına tələsir. 


Manqraların rişələri altında krab yeyən diribaş makakalar özlərinə asanlıqla yem tapır. Kalimantan adasındakı  manqralarda məzəli uzunburun meymunları görmək olar. Onlar nəinki əla üzür, həm də suya baş vurmağı bacarır. Manqra meşələrindən daim quşların cəh-cəhi eşidilir. Tutuquşular və göyərçinlər gecələmək və qidalanmaq üçün uçub bura gəlir. Buralar köçəri quşların da sevimli məskənidir.