Xəbərlər

Stolüstü tennis üzrə yarışın qalibləri mükafatlandırılıblar

Bakı, 12 mart, AZƏRTAC  
 
 
Məktəblilərdən ibarət  komandalar arasında stolüstü tennis üzrə yarış keçirilib.       
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yarış bu qurumun tabeliyindəki 238 nömrəli tam orta məktəbdə təşkil olunub.
 
Nizami rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdlərindən ibarət komandaların iştirak etdiyi yarış olimpiya sistemi üzrə keçirilib.
 
Yarışın nəticələrinə əsasən, 238, 145 və 227 nömrəli tam orta məktəblərin komandaları I, II, III yerləri tutublar.
 
Qalib komandaların üzvləri müvafiq dərəcəli diplom və medalla təltif edilib.