Təbiət

Gözəl bahar bayramı – Novruzgülü günü

Bakı, 12 mart, AZƏRTAC

 

Novruzgülü — zanbaqlar (Iridaceae) fəsiləsinin və zanbaq (Iris) cinsinin bir növüdür. Bu gül Novruz bayramı ərəfəsində açıldığına görə onu Novruz gülü adlandırıblar. Novruzgülü günü ilk dəfə 1984-cü ildə İngiltərədə qeyd edilib. Aprelin 19-da dünyanın bir çox ölkəsində Novruzgülü günü qeyd edilir. İngilislər Novruz gülünə xüsusi münasibət bəsləyirlər. Bu ölkədə yayılan rəvayətə görə, evin ətrafında əkilmiş Novruz gülü təkcə pis ruhlardan deyil, həm də bütün fəlakət və bədbəxtlikdən qoruyur. Orta əsrlərdə bu çiçək paklığın rəmzi hesab edilib.

 

Maraqlıdır ki, aprel ayının adı latınca "aperire" sözündən götürülüb ki, bu da "açmaq" kimi tərcümə edilir. Belə fikir də var ki, ilk çiçəklər apreldə açdığı üçün bu ayı belə adlandırıblar. 

 

Hazırda Novruz gülü planetin müxtəlif yerlərində bitir, onun təxminən 20 növü var və demək olar ki, hamısı Qırmızı Kitaba düşüb. Ən populyar növü ağ Növruz Gülüdür. Bu çiçəyin yunan, Bizans, Qafqaz və digər növləri də var. Hollandiyada bu gül giasint və zanbaq kimi məşhurdur. 

 

Azərbaycan dağlarında Novruz gülü ən çox üç rəngdə bitir: göy, bənövşəyi və ağ. 

 

Azərbaycan folklorunda əfsanəyə görə Novruz gülü ilə qızılgül əbədi sevgilidirlər. Novruz gülü yazın əvvəlində, Qızılgül isə iki ay sonra açılar. Ona görə onlar bir-birini görə bilmirlər. Azərbaycan folklorunda belə bir inanc var ki, bu iki gülü bir-birinə çatdıran kimsə behiştlik olacaq. Novruz gülü ilə qızılgülün sevdali olduqları xüsusi bir inanca söykənir.