Bu maraqlıdır!

Mersedesin tarixi

1886-cı ildə alman ixtiraçısı Karl Bens ilk dəfə olaraq mühərriklə işləyən maşın yaratdı.

 

O dövrdə bu maşına "ekipaj" deyilirdi və saatda 16 km qət edirdi. Elə həmin il başqa bir ixtiraçı Qotlib Daymler dörd təkərli avtomobil yaratdı. Bir müddət sonra ixtiraçılar öz avtomobil zavodlarını işə saldılar.

 

Düz 40 ildən sonra Daymler və Bens şirkətləri birləşərək “Daymlerbens” adlı şirkət yaratdılar və bu şirkət indiyə qədər dünyanın aparıcı şirkətlərindən biridir.

 

Bəs, şirkətin buraxdıgı avtomobilin adı niyə “Mersedes Bens” adlanır ?

 

1899- cu ildə Emil Yelinsk Daymler maşınında avtomobil yarışına qatıldı və qalib gəldi. Bundan sonra o, Daymler zavodundan 36 ədəd maşın sifariş etdi. Razılaşmaya əsasən, zavodun buraxdıgı avtomobillərə “Mersedes” adı verildi. Mersedes Emil Yelinskin qızı idi. O, zaman qızının 10 yaşı vardı. Bu maşın indi bütün dünyada məşhur bir markadır.