Tapmacalar

Maraqlı tapmacalar

 

Bir ağacım var, on iki budağı,
Hər budağın otuz yarpağı. 
( Açması : İl, aylar, günlər, gecə, gündüz)

 

 

 

 

 

 

Bostanda var bir arvad,
Paltar geyib qatbaqat.
(Açması : Kələm)

 

 

 

 

 

Yer altında sarı biz.
(Açması : Kök)

 

 

 

 

 

 

 

 

 

 

Bir dağarcıq unum var,
Içində bir oxlov.
(Açması : İydə)

 

 

 

 

 

 

Bir təndirim var iki çörək tutur.
(Açması : Qoz)

 

 

 

 

 

 

 

Bu yanı taxta, o yanı taxta,
Yumuru bəy otaqda.
(Açması : Fındıq)

 

 

 

 

 

 

Əyri-üyrü boy atar,
Ayağı yerə batar.
Salxım-salxım sallanar
Altında sarvan yatar.
(Açması: Söyüd ağacı)

 

 

 

 

 

 

İnəyim var eşikdədi,
Alı-ili eşikdədi,
İldə bir kərə sağılar.
Özü yenə eşikdədi.
(Açması: Bağ)

 

 

 

 

 

 

 

 

 

Babam oturub al çuxada,

Kim soyundursa gözü çıxar.
(Açması: Soğan)

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.
(Açması: Bibər)

 

 

 

 

 

 

Ağzı birdi, dili mindi,
Gah belə deyir, gah elə.
(Açması: Qələm)

 

 

 

 

 

 

 

 

 

Ağca atı nalladım,
Səmərqəndə yolladım.
(Açması: Məktub)