Xəbərlər

Balaca Mədinənin və Orxanın növbəti uğurları

Bakı, 11 aprel, AZƏRTAC

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş karate yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışda 150-dən çox idmançı iştirak edib. “Qaraqaplan” idman klubunun yetirmələri arasında fəxri kürsünün ən yüksək pilləsinə 25 kiloqram çəki dərəcəsində Mədinə Kazımova və 40 kiloqram çəki dərəcəsində Orxan Musayev qalxıblar. Turnirdə bütün rəqiblərinə qalib gələrək Mədinə 6-7 yaşlı idmançılar arasında, Orxan isə 10-11 yaşlı karateçilərin mübarizəsində fərqlənib.

 

Mədinə və Orxan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Hövsan Olimpiya İdman Kompleksində keçirilən vado-ryu karate-do üzrə Bakı şəhər açıq birinciliyində və Şito-Ryu Karate-do Federasiyasının 14-cü açıq respublika çempionatında da qızıl medallar qazanıblar.