Bizi əhatə edən dünya

Cüyürlər

Cüyür - Avropada ən xırda maraldır. Onun hündürlüyü 90 sm-dir. Erkək cüyürün uzunluğu 30 sm olan qısa buynuzları var. İlin sonunda cüyürlərin buynuzu düşür, fevralda isə onlar yenidən bitir. Bu mənada onlar yazda buynuzu düşüb, yayda yenidən bitən marallardan fərqlənirlər. Yeni uzanmış cüyür buynuzları yumşaq və zərif olub, nazik məxməri dəri ilə örtülür. Sonradan isə bu dəri qopur və soyulur, ancaq bununla belə qan axmır və heyvan heç bir narahatlıq hiss etmir.

 

Yayda cüyürün dərisi tülkü dərisinə oxşar parlaq sarı-qırmızı rəng alır. Adətən, cüyürlər dəstələrdə deyil, ailələrdə yaşayırlar. Onlar qalın meşələrin çöl və yaxud çəmənliklərində yaşayırlar. Gündüzlər kolluqda gizlənirlər.

 

Bəzən yağışlı havada cüyürün izlərinə rast gəlinir, özünü isə çox nadir hallarda görmək olar. Dişi cüyür bir və ya iki bala dünyaya gətirir.

 

Cavan erkək cüyürlərin buynuzları bir və ya iki yaşına kimi çıxmır. Dişi cüyürlərin buynuzu olmur.